İsveçin Falun şəhərində keçirilən "Big Air Freestyle" Dünya Kuboku ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə İsveç Xizək Assosiasiyasının nümayəndəsi Stefan Karlsson məlumat verib.
Onun sözlərinə görə, qərar enerji daşıyıcılarının qiymətinin artması, yüksək inflyasiya və dünyada mövcud siyasi vəziyyətlə bağlıdır: "Baş verənlərlə bağlı narahatlıq, şirkətləri investisiya istiqamətlərinə yenidən baxmağa məcbur etdi. Bu da müsabiqənin keçirilməsinə təsir etdi".
Qeyd edək ki, İsveçdə yarışlar noyabrın 24-25-də keçirilməli idi.
Ağarza Elçinoğlu