Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Katimerini” terror təşkilatı FETÖ lideri Fətullah Gülənin Pensilvaniyadakı evinə gedib.
"Unikal" xəbər verir ki, FETÖ rəhbəri qəzetə müsahibəsində Yunanıstanı dəstəklədiyini açıqlayıb.
Jurnalistlərin Fətullah Gülənlə görüşü ümumilikdə 12 dəqiqə davam edib. Qəzet Gülənin qəfil yorulduğunu və müsahibəni yarıda tərk etdiyini qeyd etdiyini yazıb.
Qəzet Gülənin yaşadığı yeri də “sığınacaq” kimi qələmə verib. Otaqlarda pəncərənin olmadığı bildirilib. Bildirilir ki, qapısında 7/24 mühafizə xidməti var və o, evdən ancaq xəstəxanaya getmək üçün çıxır.
Qəzet evin təfərrüatlı şəkillərinin çəkilməsinə icazə verilmədiyini yazsa da, yenə də uzaqdan çəkilmiş mülk fotolarını paylaşıb. FETÖ liderinin şəklini çəkməyin qadağan olduğu da bildirilib.
Bundan əvvəl Türkiyə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün ABŞ-dan lazımi addımları atmağa çağırmışdı.
Gülayə Mecid