Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin (ZVO) poliqonlarında səfərbər olunanların hazırlığını yoxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir səfərbər edilənlərin hazırlığına şəxsən özü nəzarət edib.
Şöbə rəisi Rusiyanın tərkibinə daxil olan ərazilərin arxa cəbhəsindəki bölmələrin tərkibində çağırışçıların tapşırıqları yerinə yetirmək üçün praktiki hazırlığına xüsusi diqqət yetirib. Şoyqu ehtiyatda olan hərbçilər üçün taktiki və atəş hazırlığı dərslərinin keçirilməsini də yoxlayıb.
Ağarza Elçinoğlu