Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın nüvə arsenalından istifadə edə biləcəyi ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, “Rossiya-1” televiziyasına danışan Lavrov “Mən bu vəziyyət və məsələ ilə maraqlanan hər kəsə belə bir çağırış etmək istərdim: Bu məsələni qızışdırmamalıyıq,- deyə xəbərdarlıq edib.
"Ümid edirəm ki, nüvə müharibəsi, Rusiya Federasiyasının kütləvi qırğın silahları ilə təxribat törədəcəyi barədə fərziyyələr irəli sürən hər kəs bu məsələdə öz məsuliyyətini dərk edəcək", - deyə nazir bildirib.
Gülayə Mecid