Dünya avtomobil sənayesinin liderlərindən biri olan Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyası Rusiya bazarından tamamilə çıxdığını və aktivlərini satdığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Yapon avtomobil istehsalçısının bəyanatında deyilir ki, şirkətin Rusiyadakı bütün aktivləri, o cümlədən Sankt-Peterburqdakı istehsal və tədqiqat obyektləri, həmçinin Moskvadakı satış və marketinq mərkəzi satışdan sonra yeni adla fəaliyyət göstərəcək. Şirkət iddia edir ki, Rusiya bazarından çıxmaq ona 100 milyard yenaya (təxminən 686 milyon ABŞ dolları - red.) başa gələcək.
Gülayə Mecid