Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
"Unikal" xəbər verir ki, layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Qeyd olunub ki, layihə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.
Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edir.
Anar Kəlbiyev