Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradacaq.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən ediləcək. Müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
Anar Kəlbiyev