Azərbaycanda yeni bankın yaradılması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.
O bildirib ki, həmin bank kiçik və orta biznes (KOB) subyektlərinə maliyyə dəstəyi göstərmək üçün təsis edilməlidir".
"Belə bank olmasa, əminəm ki, istədiyimiz inkişafı əldə edə bilməyəcəyik. KOB-lar 50 min manat kredit götürmək üçün adi banka müraciət edəndə, ondan 150 min manat dəyərində təminat istənilir. Elə bir təminatı olan KOB niyə kredit götürsün ki? Həmçinin, təklif edirəm ki, KOB-ların vergi yükü azaldılsın".
Anar Kəlbiyev