Müxalifət mitinq edib dağılışmaqdan başqa bir iş görmür.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Ayvacık-Küçükkuyu yolunun Assos və Troya tunellərinin açılış mərasimində iştirak edərkən deyib.
"Müxalifət toplanıb dağılışmaqdan başqa bir iş görmədiyi halda, biz ölkəmizin gələcək əsrini planlaşdırırıq. Türkiyə heç vaxt xəritədə görünən sərhədlərdən ibarət bir ölkə deyil. Qəlbimizin sərhədləri atalarımızın 3 qitə, 7 iqlim kimi təsvir etdiyi qədər genişdir", - Türkiyə lideri bildirib.
Ağarza Elçinoğlu