Ruslar Zaporojye Atom Elektrik Stansiyasının baş direktorunun müavini Valeri Martınyuku qaçırıblar.
"Unikal" xəbər verir ki, bu barədə NAEC "Energoatom" məlumat yayıb.
"Rusiyalı terrorçular Zaporojye AES-in baş direktorunun müavini Valeri Martınyuku işçi heyətindən oğurlayaraq, naməlum yerdə, çox güman ki, öz işgəncə və hədə-qorxu üsullarından istifadə edərək saxlayırlar”, - mesajda deyilir.
Seymur Əli