Krım körpüsündə baş verən partlayışda ölənlərdən biri Moskva Arbitraj Məhkəməsinin hakimi Sergey Maslovdur.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, həmin şəxs oktyabrın 8-də səhər saatlarında partlamış yük maşınının yanındakı körpünün üstündən keçən “Cadillac Escalade”nin sahibi olub.

Maşının salonunda Maslovla yanaşı daha üç nəfər - Sankt-Peterburqdan olan evli cütlük və din alimi Qleb olub. Mənbənin sözlərinə görə, onların hamısı Maslovun ad gününü qeyd etmək üçün Qara dəniz sahilindəki daçaya gediblər.

Ölən hakimin meyiti DNT testi ilə müəyyən edilib. Arbitraj Məhkəməsinə hələlik işçinin ölümü ilə bağlı rəsmi məlumat daxil olmayıb.

Daha əvvəl xəbər verildiyi kimi, yük maşınının partlaması nəticəsində Armavirdən Simferopola yük daşıyan yük maşınının sürücüsü Mahir Yusubov da daxil olmaqla 5 nəfər həlak olub.

Gülayə  Mecid