"Qərb Rusiya ilə dialoqa getməlidir, çünki onsuz Ukraynada atəşkəslə bağlı razılıq əldə etmək mümkün deyil".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib .
“Moskva ilə dialoq olmadan atəşkəsə nail olmaq mümkün deyil. Sonda kiminlə danışmalısan, kiminlə danışıq aparmalısan? Söhbət Ukrayna ərazilərindən, münaqişənin əks tərəfindən gedir”, - Türkiyənin xarici işlər naziri bildirib.
Çavuşoğlu Türkiyənin Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmadığını və onlarla razılaşmadığını da vurğulayıb.
“Bu həm Rusiyaya, həm də İrana aiddir. Bu, bizim mövqeyimizdir”, – türkiyəli diplomat vurğulayıb.
Çavuşoğlunun sözlərinə görə, Qərblə Rusiya arasında münasibətlərin qopması “hər kəsə mütləq təsir edəcək”.
Gültəkin Ələsgər