Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankaranın Ukraynadakı münaqişənin həllində vasitəçiliyinin perspektivləri barədə danışacağını gözləyir.
"Unikal" xəbər verir ki, Türkiyə dövlət başçısının rəsmi nümayəndəsi İbrahim Kalının sözlərinə görə, siyasətçi bu məsələni Rusiya prezidenti ilə Astanada keçiriləcək danışıqlar çərçivəsində qaldırmaq istəyir.
“Ərdoğan Putinlə perspektivlərimizi, Ukraynada atəşkəsə nail olmaq üçün atacağımız addımları müzakirə edəcək”, - Türkiyə prezidentinin nümayəndəsi izah edib.
Kalının qeyd etdiyi kimi, Ukrayna ərazisində müvafiq rejimin yaradılması məsələsi mürəkkəbdir. O, həmçinin əlavə edib ki, bu mövzuda çoxlu “tələlər” var.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin oktyabrın 13-də Ərdoğanla görüşəcəyini bildirmişdi . Onun sözlərinə görə, danışıqlar zamanı liderlər, xüsusən də Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər.
Gültəkin Ələsgər