Konqo Demokratik Respublikasının şimal-qərbində yerləşən May-Ndombe əyalətində iyul ayından bəri yerli xalqlar arasında baş verən qarşıdurmalarda azı 180 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə hökumət sözçüsü Patrick Muyaya Katembve yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, indiyədək Yaka və Teke icmaları arasında baş verən qarşıdurmalarda ən azı 180 nəfər həyatını itirib.
Hökumətin bütün lazımi təhlükəsizlik tədbirlərini gördüyünü vurğulayan Katembve bölgədə vəziyyətin sakitləşməyə başladığı barədə məlumatı paylaşıb.
Yaka və Teke icmaları arasında torpaq mübahisələri üzündən baş verən münaqişələr səbəbindən əksəriyyəti qadın və uşaq olan 30 min insanın evlərini tərk etməli olduğu təxmin edilir.
Seymur Əli