ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenskidən Vaşinqtonun yetərsiz yardımından şikayət etməməyi xahiş edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti Ağ Evin keçmiş rəsmisinə istinadən yazıb.
Nəşr qeyd edir ki, Kiyev artıq görünməmiş yardım alsa da, Zelenski dəfələrlə ABŞ-dan silah, sursat və hərbi texnika tələb edib.
Məlumata görə, ABŞ-ın siyasi elitasında Ukraynaya dəstək məsələsində parçalanma yaranır və bu, noyabrda keçiriləcək Konqres seçkilərindən sonra daha da pisləşə bilər.
Dünən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib ki, ABŞ hakimiyyəti yaxın gələcəkdə ilk iki NASAMS zenit-raket kompleksini köçürməyi planlaşdırır.
Oktyabrın 10-da Bayden Zelenski ilə söhbətində Kiyevə hərbi dəstəyi davam etdirəcəyini, o cümlədən “müasir hava hücumundan müdafiə sistemlərinin” tədarükü ilə bağlı söz verib.
Gülayə Mecid