“Barselona” futbol klubu maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün gələn ilin yayında bir neçə idmançısını baha qiymətə satmağı planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, keçən yay klub yeni oyunçularını alıb qeydiyyatdan keçirə bilsə də, müəyyən maliyyə rıçaqlarından istifadə etməli və üstəlik, idarə heyətinin üzvləri öz vəsaitləri hesabına sərmayə qoymalı idilər ki, əməliyyatlar tam həyata keçirilsin.
Yeni transferlərə 153 milyon avro xərcləyən "Barsa" 35 milyon avro gəlir əldə etməyi bacarıb. Buna görə də yaşlı futbolçularından böyük satış etmək niyyətindədir. Xüsusilə, ümumilikdə iki yüz milyon avro borcu olan Serxio Buskets, Jerar Pike və Xordi Albanın satılacağı bildirilir.
Ağarza Elçinoğlu