NATO ölkələri Ukraynaya hava hücumundan müdafiə təchizatının miqyasını genişləndirmək niyyətindədirlər. 

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl bildirib. 

"Bizə müxtəlif növ uzaq və qısa mənzilli hava hücumundan müdafiə sistemləri, ballistik raketlərlə mübarizə üçün raket əleyhinə müdafiə sistemləri, pilotsuz təyyarələr, müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif sistemlər lazımdır", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu