Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevskinin arzuolunmaz statusu var və tezliklə ölkəni tərk etməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin məlumat verib.
Qeyd olunub ki, vəziyyət Ukraynanın Astanadakı səfirinin sözlərinə görə gərginləşib.
Borodavkin əlavə edib ki, hazırda Qazaxıstanda Ukraynanın müvəqqəti işlər vəkili təyin olunub. İndi hakimiyyət səfir postuna yeni namizədi nəzərdən keçirir.
Rusiya səfiri Vrublevskinin yaxın vaxtlarda Astananı tərk edəcəyini də bildirib.
Ağarza Elçinoğlu