Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra rusiyalı və ukraynalı siyasətçi və sahibkarlara qarşı şəxsi sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, sanksiyaların tətbiqi ilə bağlı fərman Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.
Sanksiya siyahısına Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, rusiyalı biznesmen Oleq Deripaska, ukraynalı biznesmen Sergey Kurçenko və Ukraynanın keçmiş müdafiə naziri (Viktor Yanukoviçin prezidentliyi dövründə) Pavel Lebedev daxildir.
Bu şəxslərin Ukraynadakı aktivləri on il müddətinə bloklanacaq.