UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha iki oyun keçirilib.
"Unikal" xəbər verir ki, A qrupunda “Napoli” İtaliyada Niderland “Ayaks”ını qəbul edib.
Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.
B qrupunda isə Madrid “Atletiko”su İspaniyada Belçika “Brügge”si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə meydan sahibləri vaxtından əvvəl 1/8 finala yüksəliblər.