MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası 2023-cü il aprelin 14-də Daşkənddə keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Birlik ölkələrinin dövlət başçılarının Astanada keçirilən iclası ərəfəsində MDB ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərləri iclas keçirib, orada 20-dən çox məsələ müzakirə olunub. Tərəflər beynəlxalq gündəliyin aktual məsələləri və Birlik formatında əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətlərinin rəhbərləri MDB Nazirlər Şurasının növbəti iclasının tarixi və yeri barədə razılığa gəliblər.
Növbəti görüş 14 aprel 2023-cü ildə Daşkənddə baş tutacaq.
Gültəkin Ələsgər