Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”nda dəyişiklikləri təsdiq edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı qərarı qurumun sədri Taleh Kazımov imzalayıb.
Qərarla AMB-nin hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.