Vaşinqtonda Sallivan və Hacıyevlə görüşdə biz sülh müqaviləsinin qrafikini, yəni ilin sonuna qədər müqavilənin olmasını müzakirə etdik. Həmçinin delimitasiya məsələsi ilə bağlı razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər aparılacaq.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"1929-cu ildə delimitasiya prosesi getdi, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası oldu. Qarşılıqlı razılığa gəlmək bizə qalır ki, bunu əsas götürək, 29 min 800 kvadrat kilometr torpaqlarımızı təmin edirik", - o bildirib.
Təhlükəsizlik Şurasının katibi blokadanın aradan qaldırılması məsələsinin də müzakirə olunduğunu bildirib.
Ağarza Elçinoğlu