15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.
"Unikal" xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlar aşağıdakılardır:
U-20
Tehran Məmmədov (61 kq), Ravin Alməmmədov (67 kq), Ömər Cavadov və Murad Əliyev (hər ikisi - 73 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (109 kq), Rəhman Kazımov (109 kq).
U-23
İsa Rüstəmov (67 kq), Füqan Əliyev (81 kq).