Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçirilməsi planlaşdırılan "Sarsılmaz Qardaşlıq - 2022" təlimləri təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib.
"Biz onları sonrakı tarixə təxirə saldıq. Onlara hazırlıq 99,9 faiz olub. Təlimlər ləğv olunandan sonra sosial şəbəkələrdə yazırlar ki, bununla biz KTMT-ni rədd edirik. Bizə KTMT çox lazımdır. Bu, terror təhlükələrinə qarşı tam təminat verir və ölkəmizin milli təhlükəsizliyinin maraqlarına cavab verir", - açıqlamada deyilir.
Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi qüvvələr Qırğızıstanı təşkilat üzvlərinə qarşı qoymağa çalışır. Buna baxmayaraq, onlardan heç nə çıxmayacaq. O, izah edib ki, ölkənin KTMT-nin digər üzvləri ilə heç bir ziddiyyəti yoxdur.
Ağarza Elçinoğlu