Vladimir Putin Rəcəb Tayyib Ərdoğana Türkiyədə qaz qovşağı yaratmağı təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkə liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin altıncı Zirvə Toplantısı çərçivəsində razılaşıblar.
Bildirilib ki, Qazprom bu məsələ ilə bağlı Türkiyənin energetika naziri və Botaş rəhbəri ilə məsləhətləşmələr aparıb: "Türkiyə və digər ölkələrdən olan potensial alıcılarımız tərəfindən maraq olarsa, biz başqa bir qaz kəməri sistemi qurmaq və Türkiyədə digər ölkələrə, üçüncü ölkələrə satış üçün qaz qovşağı yaratmaq imkanlarını nəzərdən keçirə bilərik. İlk növbədə, əlbəttə ki, Avropalılara".
Daha sonra Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov əlavə edib ki, bu məsələ ətraflı və çox bir şəkildə həll olunacaq.
Ağarza Elçinoğlu