Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

"Unikal"ın məlumatına görə, bu barədə Kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elməddin Əhmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Qeyd edək ki DAİM-in əvvəlki direktoru Atəş Avazov bir müddət  əvvəl vəzifəsindən azad edilib.

Tural Əhmədov