Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı ASAPES-in rektoru Fuad Hacıyev beynəlxalq təcrübə və tədris standartları əsasında hazırlanan “İdman jurnalistikası” magistr ixtisası, Multimedia Mərkəzi və Akademiyanın digər fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, qarşılıqlı inkişaf perspektivləri barədə fikirlərini ifadə edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində aparılan islahatlar çərçivəsində sahəvi jurnalistikanın, o cümlədən idman jurnalistikasının inkişaf etdirilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb, biznes, dövlət və ali təhsil müəssisələri arasında innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
ASAPES-in Tədris və Elmi İşlər üzrə Prorektoru Təhminə Tağı-Zadənin, Sosial məsələlər, tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Almaz Ələkbərovanın “İdman Jurnalistikası” Proqramının beynəlxalq konsultantı Liverpool Universitetinin MBA (Futbol İndustriyası) proqramının məzunu, FIFA, AFC və UEFA-nın eksperti Daniel Fletcherin və MEDİA-nın əməkdaşlarının iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə Agentlik tərəfindən hazırlanan “MEDİA Lab” layihəsi və layihənin ASAPES-də təşkili mexanizmləri müzakirə olunub.
MEDİA akademiya ilə əməkdaşlıq edəcək - FOTO
21:59 13-10-2022
MEDİA
Digər Xəbərlər
2024-11-11 10:38:19
2024-10-29 12:00:52
2024-10-25 16:37:12
2024-10-23 17:43:03
2024-10-18 16:20:29
2024-10-11 13:50:00
2024-09-27 17:42:15
2024-09-24 09:36:11
2024-09-03 15:18:33
2024-09-01 17:07:20
2024-09-01 09:28:16
2024-08-27 12:18:17
2024-08-24 18:56:06