Şimali Koreya Yapon dənizinə ballistik raket atıb.
"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Atılan raketin xüsusiyyətləri hələ də dəqiqləşdirilir. Agentlik qeyd edir ki, KXDR-ın 10 hərbi təyyarəsi uçuşa qadağan olunmuş zonadan 25 kilometr şimalda, Koreya yarımadasının mərkəzi hissəsində və Sarı dəniz üzərində hava sərhədindən 12 kilometr şimalda uçub.
Agentlik Cənubi Koreyanın F-35-lər və digər təyyarələrlə cavab verdiyini bildirib.
Oktyabrın əvvəlindən Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri fonunda mütəmadi olaraq Yapon dənizinə raketlər buraxır.