Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar həbs oluna bilər.
"Unikal" xəbər verir ki, 30 yaşlı hücumçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.
İddiaya görə, təcrübəli forvard İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.