Gürcüstanda 13 yaşlı qızı fontanda cərəyan vuraraq ölüb.
"Unikal" xəbər verir ki, hadisə Tbilisinin Vake parkında baş verib. Ümumilikdə üç uşağı elektrik cərəyanı vurub - onların hamısı tibb müəssisəsinə aparılıb. Bir uşaq xəstəxanada olarkən dünyasını dəyişib.
Zərərçəkənlər fəvvarə girən zaman onun təmirdə olduğu qeyd edilir. Faktla bağlı “Dağ-mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.
Gültəkin