ABŞ-ın keçmiş prezidenti Donald Tramp ifadə verməyə çağırılıb.
"Unikal" xəbər verir ki,6 yanvar 2021-ci ildə ölkədə konqresə basqını araşdırmaq üçün yaradılmış Nümayəndələr Palatasının Xüsusi Komitəsi əvvəllər İan qasırğası səbəbindən təxirə salınan iclasını bu gün keçirib. Nümayəndələr Palatasının İstintaq Komitəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı ifadə vermək üçün çağırıb.
Sessiyada keçirilən səsvermədə Komitənin 9 üzvü Trampın ifadə vermək üçün çağırılması təklifinə “hə” səs verib.
Komitə sədri Bennie Thompson səsvermədən sonra verdiyi açıqlamada, "6 yanvarda baş verən hekayənin mərkəzində olan şəxs Tramp idi. Ona görə də ondan eşitmək istəyirik" deyə bildirib.
Tompson deyib ki, Komitə bütövlükdə yanvarın 6-da baş verənləri eşitməlidir.