Rusiya və Türkiyə nümayəndələri arasında qaz qovşağının yaradılması ilə bağlı danışıqlar gələn həftə başlayacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbədən bildirilib.
"İki ölkənin liderləri müvafiq idarələrə çox tez müzakirələrə başlamağı, bu ideyanın imkanlarını öyrənməyi tapşırıblar. Gələn həftə danışıqlara başlayacağıq, yer yaxın günlərdə müəyyən olunacaq", - mənbə bildirib.
Bu təmasların nəticələrinə əsasən prosesə şəxsən nəzarət edən iki ölkənin prezidentləri ətraflı hesabat alacaqlar: "Bu baxımdan liderlərin telefon diplomatiyasının davam edəcəyi gözlənilir", - əlavə olunub.
Ağarza Elçinoğlu