Belarus prezidenti Aleksandr Lukaşenko MDB-yə üzv dövlətlərin başçıları ilə görüşündə təşkilatın bütün ölkələrinə qarşı “əsl hibrid müharibəsi”nin başlandığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
"Hamımıza qarşı əsl hibrid müharibə başlayır. Ukrayna isə burada sadəcə bəhanədir", - Belarus lideri bildirib.
Onun sözlərinə görə, bəzi dövlətlərin 20-ci əsrin itirilmiş hərbi yürüşləri üçün “qisas almaq” planları “uzun müddətdir” – Böyük Vətən Müharibəsinin başa çatmasından sonrakı ilk günlərdən formalaşıb.
Lukaşenka bildirib ki, bu gün əsas iqtisadi hədəflər Rusiya Federasiyası və Belarus Respublikasıdır. Belarus lideri MDB-nin bütün perimetri boyu təxribatlara hazır olmağa çağırıb.
"Qazaxıstan və Özbəkistanda baş verən son hadisələr inandırıcı və çox ibrətamiz nümunələrdir. Ancaq bu yalnız başlanğıcdır. Hər kəs güc üçün sınaqdan keçiriləcək", - Lukaşenka əlavə edib.
Daha əvvəl Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, respublika dövlət sərhədi pozulmayana qədər döyüşməyi planlaşdırmır.
Gülayə Mecid