Belqorod vilayətində bir polis əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından məlumatları Ukrayna kəşfiyyatının agentinə ötürməkdə şübhəli bilinir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, adı açıqlanmayan polis Ukrayna kəşfiyyatı üçün işləyirmiş.
Onun barəsində “Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi açılıb.
Gülayə Mecid