Artsaxın (Qarabağ - red.) müxtəlif səviyyəli rəsmi nümayəndə heyətləri Paşinyan və onun komanda yoldaşları ilə görüşlər keçirmək üçün Ermənistanda görüşləri davam etdirir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan Parlamentinin deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, bu görüşlər mənasız təşəbbüs, vaxt itkisi və özünü aldatmaqla məşğul olmaqdan başqa bir şey deyil.
"Hökumət Nikoldan tutmuş parlament səviyyəsinə qədər Artsax məsələsi ilə bağlı öz mövqeyini və Artsax xalqının taleyinə biganə münasibətini ifadə edib. Artsax məsələsinin gələcəyini görənlərlə görüş və müzakirələr nəinki anlaşılmaz, həm də təhlükəlidir. Nəhayət başa düşdülər, hamımıza sadə, əlçatan, aydın şəkildə dedilər ki, onlar Artsaxı Azərbaycanın bir hissəsi hesab edirlər, danışıqlar bu məntiqə əsaslanır, gedən prosesdən görünür, başqa hansı dildə desinlər? Nikbinliyinizi dayandırın və real gündəmlərlə məşğul olun", - deputat "Facebook" səhifəsində yazıb.
Ağarza Elçinoğlu