Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm. Paşinyan bu məsələdə ölkəsini ictimaiyyətə inandıra bilər.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Orada (Praqada - red.) dar görüşümüz oldu, Paşinyan da, İlham bəy və Macarıstanın BBaş naziri Orban da bu dar dairədə idi. Bundan sonra, əlbəttə ki, növbəti görüşümüz oldu və təbii ki, bu məsələləri müzakirə etdik, lakin mən Zəngəzur dəhlizi ilə bağlı heç bir problem görmürəm", - Ərdoğan bu gün Astanadan qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində deyib.
Ağarza Elçinoğlu