Türkiyənin Bursa şəhərindəki 3 mərtəbəli məişət fabrikində güclü yanğın baş verib. 

"Unikal" İHA-ya istinadən xəbər verir ki, qısa zamanda böyük bir ərazini əhatə edib. 

İçəridəki əşyaların əsası ağac materialları olduğundan onu söndürmək çətinləşib. Yanğına bir neçə nöqtədən müdaxilə edilsə də, fabrik tamamilə yanıb. 

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. 

Ağarza Elçinoğlu