London Milli Qalereyasında asılan Van Qoqun "Günəbaxanlar" tablosu Ekoloji fəalların pomidor şorbası hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə "Just Stop Oil" təşkilatı "Twitter"də video paylaşıb.
"Reuters"in məlumatına görə, iki qız dəyəri 84 milyon dollardan çox olan rəsm əsərinin üzərinə pomidor şorbası töküblər. Onların hər ikisi ağırlaşdırıcı ittihamlarla həbs edilib.
Qalereya hələlik hadisə ilə bağlı şərh verməyib.
Ağarza Elçinoğlu
Dünya şöhrətli rəssam Van Qoqun 84 milyon dollarlıq "Günəbaxanlar" adlı tablosu belə məhv edildi...
— Unikal Media Group (@UnikalOrgPortal) October 14, 2022
↪️Daha ətraflı: https://t.co/2ELtWkL93z pic.twitter.com/W3LVhRy9KI