Rus hərbçiləri Ukraynanın Lvov vilayətində Qərb tərəfindən Ukraynaya tədarük edilən əhəmiyyətli silah və texnika ehtiyatları ilə təchiz olunan arsenalı məhv edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Lvov vilayətində uzaqmənzilli dəniz əsaslı silahlar Qərb ölkələrindən alınan əhəmiyyətli silah, hərbi texnika və sursat ehtiyatlarının çatdırıldığı və saxlanıldığı arsenalı vurub
Qeyd olunur ki, Rusiya Aerokosmik Qüvvələri Kiyev və Xarkov vilayətlərində hərbi komandanlıq və energetika sisteminin obyektlərini də yüksək dəqiqlikli silahlarla sıradan çıxarıb.
Ağarza Elçinoğlu