Azərbaycanla sərhədyanı ərazidə sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin sayı açıqlanıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölən və itkin düşən hərbçilərin sayı 210-u ötüb, 293 hərbçi isə yaralanıb.