Rusiya Norveçlə sərhddəki Kola yarmadasında öz aviabazasında nüvə yükü daşıya biləcək strateji bombardmançı təyyarələri yerləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb.
Yerli media sputnikdən çəkilmiş şəkilləri dərc edib. Oktyabrın 7-də çəkilən fotoda bazada yeddi Tu-160 və dörd Tu-95 bombardmançı təyyarənin yerləşdirlidiyi görünür.
Sentyabrın 30-da Norveçlə sərhədə təyyarələrin göndərilməsi barədə “Yerusəlim Post” qəzeti də yazıb. O zaman təyyarələrin sayı 7 ədəd olub.
Adətən bu təyyarələr Moskvadan 720 kilometr məsafədə olan Engels hava bazasında saxlanılır. Hərbi ekspertlərin fikirncə, bu manevr ənənəvi “İldırım” payız təlimləri ilə bağlı ola bilər. Başqa ekspertlər isə hesab edir ki, bu yerdəyişmə Putinin nüvə hədələrinin tərkib hissəsi ola bilər.
Norveçli hərbi ekspert Lars Peder Xaqa xatırladıb ki, sonuncu dəfə Rusiya nüvə təlimlərini bu ilin fevralında -Ukraynaya müdaxilənin başlanmasından iki gün əvvəl keçirib. “Bu, məsələyə qarşımamaq barədə Qərbə edilən xəbərdarlıq idi”-deyə ekspert bildirib.
Gültəkin Ələsgər