Belqorodun Luç" İES-də Ukrayna Silahlı Qüvvələrinin (AFU) endirdiyi zərbədən sonra yanğın baş verib.
"Unikal" xəbər verir ki, hadisə şahidləri baş verən yanğını lentə alıblar. Müvafiq videonu Tin Belqorod Telegram kanalı dərc edib.
Hadisə şahidinin stansiyanın qarşısındakı evdən çəkdiyi kadrlarda yanğının yarımstansiyanı bürüdüyü görünür.
Bundan əlavə, bəzi ərazilərdə partlayış səsləri eşidilib, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.
Daha sonra Mash Telegram kanalı Ukrayna Silahlı Qüvvələri tərəfindən Belqorodu atəşə tutmağa başladığını elan edib. Qeyd olunur ki, Ukraynanın hücumundan sonra bir sıra şəhərlərdə işıq sönüb, işıqforların işi dayanıb.
Gültəkin Ələsgər
Ukrayna ordusu Rusiyanın Belqorod şəhərindəki elektrik yarımstansiyasını VURDU. 🔥 pic.twitter.com/BOQkgANHrf
— Unikal Media Group (@UnikalOrgPortal) October 14, 2022