ABŞ Ukraynaya daha 725 milyon dollarlıq yardım paketinin bir hissəsi kimi zirehli maşın və sursat göndərməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
“ABŞ son 725 milyon dollarlıq yardım paketinin bir hissəsi olaraq Ukraynaya döyüş sursatları, Humvees göndərməyi planlaşdırır”, - mənbə bildirib.
Bundan əvvəl Pentaqon ABŞ-ın Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcəyini, bu paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri (MLRS) daxil ediləcəyini açıqlamışdı.
Qeyd olunur ki, son yardım paketinə 18 HIMARS MLRS və yedəkləmə üçün 150 taktiki maşın daxildir. Bundan əlavə, bura radar və dron əleyhinə müdafiə sistemləri daxildir.
Agentliyin məlumatına görə, ABŞ-ın Ukraynaya ümumi yardımı Co Baydenin prezidentliyi başlayandan bəri 16,2 milyard dollara və 16,9 milyard dollara çatıb.
Gültəkin Ələsgər