“Apple” şirkəti smartfonları şarj adapteri olmadan satdığı üçün Braziliya məhkəməsi tərəfindən cərimələnib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, oktyabrın 13-də San-Paulu məhkəməsi Braziliyanın Kreditorlar, İstehlakçılar və Vergi Ödəyiciləri Assosiasiyasının təqdim etdiyi iddia ilə bağlı "Apple"a qarşı qərar qəbul edib. Məhkəmə smartfonların şarj cihazı olmadan satışını qadağan edib və 100 milyon real cərimələyib.
Qərarda deyilir ki, “Apple” şirkəti "iPhone" smartfonlarını şarj cihazı olmadan sataraq qanundan sui-istifadə edib. Şirkət qərardan şikayət edəcəyini bildirib.