Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ərazisində gedən hərbi əməliyyatları dayandırmağı təklif edib.
"Unikal" xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.
Lukaşenkonun sözlərinə görə, münaqişəni dayandırmaq mümkün olanda kimin haqlı olduğunu anlamaq mümkün olacaq.
"Onlar kimin günahkar olduğu sualına cavab axtarırlar.Dinləyin, sonra kimin günahkar olduğunu anlayacağıq. Hər gün insanlar ölür. Gəlin müharibəni dayandıraq və razılığa gələk. Yəqin ki, bu, normal bir düsturdur "- deyə o, bildirib.
Gülayə Mecid