Ukrayna da daxil olmaqla səkkiz ölkə Aİ Şurasının Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə oktyabrın əvvəlində qəbul edilmiş Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinin tətbiqi ilə bağlı qərarına qoşulub.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Namizəd ölkələr (Aİ-yə - red.) Şimali Makedoniya, Monteneqro, Albaniya və Ukrayna, potensial namizəd ölkə Bosniya və Herseqovina və Avropa Azad Ticarət Assosiasiyası ölkələri İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Birliyinin üzvləri Aİ Şurasının bu qərarına qoşulub" - deyə qeyd olunub.
Gülayə Mecid