Böyük Britaniyada mart ayında başlayan “Ukrayna üçün evlər” sosial proqramı tədricən fəaliyyətini dayandırır, bu səbəbdən ukraynalı qaçqınlar evsiz qalırlar.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
"Bu proqram çərçivəsində Britaniya vətəndaşları Ukraynadan olan qaçqınları evlərinə qəbul edir, bunun müqabilində hökumətdən pul alırlar", - KİV qeyd edib.
Hazırda 2 minə yaxın Ukrayna vətəndaşı evsiz qalıb, Rusiya xüsusi əməliyyatı başlayandan bəri krallığa 97 minə yaxın qaçqın gəlib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, fevralın 24-dən avqustun 30-dək Ukraynadan 7 milyondan çox qaçqın Avropaya köçüb.
Bundan əvvəl “The Independent” qəzeti yazıb ki, Britaniya hakimiyyəti Ukrayna vətəndaşlığı olmayan ukraynalı qaçqınları qəbul etməkdən imtina edir. Böyük Britaniya hökuməti iki sığınacaq sxemini təsdiqləyib. Birincisi ölkədə yaşayan qohumlarının olmasını, ikincisi isə Britaniya vətəndaşının qaçqını yerləşdirmək istəyini nəzərdə tutur.
Mətbuatda həmçinin bildirilir ki, ukraynalı qaçqınlar Çexiyadan da kütləvi şəkildə vətənlərinə qayıdırlar.
Gülayə Mecid