Almaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar və genişlənməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Berlində Avropa Sosialistlər Partiyasının Konqresinin 300-ə yaxın nümayəndəsi qarşısında çıxışı zamanı deyib.
Şolts Aİ-də yeni üzvlərin qəbulu üçün islahatlara ehtiyac olduğunu qeyd edib.
"500 milyondan çox azad və bərabərhüquqlu vətəndaşın yaşadığı 27, 30, 36 dövlətdən ibarət vahid Avropa İttifaqı bu dünyada öz çəkisini daha da artıra bilər", - Şolts bildirib.