Kişinyovun mərkəzində daha bir etiraz aksiyası keçirilib və aksiyada müxalifətdə olan Şor partiyasının tərəfdarları Moldova rəhbərliyinin istefasını tələb ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Yüzə yaxın etirazçının ölkə parlamentinin binası qarşısındakı parkda çadır qurub.
Məlumata görə, nümayişçilər qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin görünməmiş artımından şikayətləniblər. Etirazçılar həmçinin həyat səviyyəsinin aşağı düşməsindən, yüksək inflyasiyadan və hakimiyyətin ölkədəki böhranın öhdəsindən gələ bilməməsindən narazılığını bildiriblər.
Gülayə Mecid